Ermənistan banklarından 311 min dollardan çox pul oğurlanıb

Ermənistan banklarından 311 min dollardan çox pul oğurlanıb
DÜNYA
19:20 21.05.2025
499
Ermənistanda cinayətkar təşkilat fırıldaqçı sxemlərdən istifadə edərək ölkənin müxtəlif banklarından 119 milyon dramdan çox (311 min dollardan artıq) pul oğurlayıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın rəhbəri və daha bir nəfər həbs edilib, üçüncü iştirakçı isə ev dustaqlığına göndərilib.

10 nəfərə qarşı Ermənistan Cinayət Məcəlləsinin cinayətkar təşkilatın yaradılması və ya ona rəhbərlik, iştirak, xüsusilə iri məbləğdə dələduzluq, pulların yuyulması, həmçinin sənədlərin, ştampların, möhürlərin və blankların saxtalaşdırılması maddələri üzrə cinayət təqibi başlanılıb.
 
///report
OXŞAR XƏBƏRLƏR