Ermənistan böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır - Deputat

Ermənistan böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır - Deputat
Siyasət
20:41 30.04.2021
460
Ermənistan bu gün düşdüyü rəzil durumdan və böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən sonra bölgədə yeni reallıqlar yarandı: "Azərbaycan yenə inkişaf edir, 30 il ərzində erməni işğalı altında qalan və darmadağın edilən ərazilərimizdə yenidənqurma və bərpa işləri aparılır. Azərbaycanda təkcə işğaldan azad edilən ərazilərimizdə deyil, digər bölgələrimizdə də inkişaf meyilləri nəzərəçarpacaq dərəcədə böyükdür.

Ermənistan isə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı üçün dalan bir ölkəyə çevrilmişdi, bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qalmışdı. İndi Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra pis vəziyyətdə olan Ermənistan daha da açınacaqlı vəziyyətə düşüb. Vətən mühaibəsindəki Ermənistanın acı məğlubiyyəti və rəzil duruma düşməsi məhz özlərinin işğalçılıq siyasətinin məntiqi nəticəsidir”.

C.Osmanov vurğulayıb ki, artıq yeni reallıqlar yaranıb: "Azərbaycan bölgədə həyata keçirilən bütün layihələrin təşəbbüskarı və onları reallaşdıran ölkədir. Acı məğlubiyyətdən sonra Ermənistanda bütün sahələrdə dərin böhran höküm sürür, anarxiya, xaos baş alıb gedir və bu böhran iyun ayında keçiriləcək parlament seçkiləri fonunda daha da dərinləşir və ölkədə vətəndaş qarşıdurması daha da şiddətlənir.

Əlbəttə, Ermənistanın bu rəzil durumdan çıxması, dünya ölkələrinə inteqrasiya etməsi, sivil bir ölkəyə çevrilməsi birbaşa Azərbaycanla bağlıdır. Ermənistan özünün revanşist düşüncələrini kənara qoyub və Azərbaycanla normal münasibətlər qurmağa çalışsa, Ermənistanın bugünkü çöküşü dayana bilər və Ermənistan da normal bir ölkəyə çevrilə bilər.

Bir sözlə, Ermənistanın yeganə çıxış yolu məhz Azərbaycandan keçir. Bu baxımdan, Ermənistan öz siyasətində ciddi dəyişikliklər etməlidir və Ermənistanın daxilində revanşist qüvvələr kənarlaşdırılmalı və sağlam düşüncə ilə reallığa uyğun addımlar atılmalıdır. Əks tədqirdə, onsuz da uçurum qarşısında olan Ermənistan tamamilə darmadağın olacaq və onun gələcəkdə dövlət kimi qalması böyük sual altına düşəcək”.
 
 
///Trend.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb