Ermənistan danışıqlar aparmamaq üçün bəhanələr axtarışındadır - RƏSMİ

Ermənistan danışıqlar aparmamaq üçün bəhanələr axtarışındadır - RƏSMİ
SİYASƏT
21:46 29.07.2019
5827
"Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında "cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır”. 

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyil: "Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır. Nə qədər ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir. Ermənistan XİN-i bir müddət öncə "bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan, digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşinqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən danışıqların davam etdirildiyini bəyan etmişdi”. 

XİN rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi: "Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırılması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb