"Ermənistan günahkardır" - Metyu Brayza

SİYASƏT
14:30 15.11.2014
1652
ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təmas xəttində vertolyotun vurulması hadisəsini şərh edib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, hadisə ATƏT-in Minsk Qrupu tərəfindən araşdırmalıdır:
"Azərbaycan qoşunları tərəfindən təmas xəttində erməni vertolyotunun uçuşu və Azərbaycan hərbçiləri tərəfindən vertolyotun vurulması ATƏT-in Minsk Qrupu tərəfindən ətraflı araşdırılmalıdır", - deyə Brayza bildirib.
Sabiq rəsmi vertolyotun vurulmasında Ermənistan tərəfini günahkar bilib. O qeyd edib ki, ermənilər aqresiya ilə qarşı tərəfi təhrik etməyə cəhd edirlər.
Brayzanın fikrincə, digər bir səbəb Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir.
OXŞAR XƏBƏRLƏR