Ermənistan "HaberGlobal"ın xəbərini təkzib edə bilmir: Qırıcılarını Rusiyaya verib

Ermənistan "HaberGlobal"ın xəbərini təkzib edə bilmir: Qırıcılarını Rusiyaya verib
MANŞET
14:39 06.04.2022
530

Ermənistanın Rusiyaya Ukraynanın işğal edilməsinə dəstək üçün Su-30 qırıcı təyyarələrini göndərməsi fonunda Baş nazir Nikol Paşinyanın komandası susqun qaldığı halda hökumətə yaxın teleqram kanalları gerçəyin inkarından vaz keçərək onun qəbulunu ön plana çıxarıb. Rəylərdə "Ermənistan suveren ölkədir, təyyarələri Rusiyaya göndərib-göndərməmək öz işimizdir”, "Yanlış qərar deyil” fikirləri irəli sürülməyə başlayıb, Ukraynaya təcavüz məsələsi isə gözardı edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global” telekanalı bəhs edib.

Rusiyaya verilən təyyarələri yerinə gizlincə Suriyadan gətirilən Su-30 qırıcılarının sübut kimi NATO nümayəndələrinə göstərməsi səbəbindən Nikol Paşinyan sosial şəbəkənin erməni seqmentində tənqid olunub. Sosial şəbəkədə "Ermənistan suveren ölkədir, heç kimə heç nə sübut etməli deyilik”, "Paşinyan zəiflik nümayiş etdirib”.

Bundan başqa, məsələ Rusiya və Ermənistanda gərginliyə yol açıb. Belə ki, "Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə Rusiyaya göndərilməsi xəbəri Ermənistanın kəşfiyyatının da zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR