Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı "Hoenfels” hərbi bazasında keçirilən "Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir.
Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb.
Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.