Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi
SİYASƏT
16:35 27.09.2020
4153

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib. 

"Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək" deyə, məlumatda qeyd olunub. 

OXŞAR XƏBƏRLƏR