Ermənistan hökuməti Vaşinqton görüşünü TƏSDİQLƏDİ

Ermənistan hökuməti Vaşinqton görüşünü TƏSDİQLƏDİ
SİYASƏT
09:12 06.08.2025
236
Ermənistan hökuməti Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib.

Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Bağdarasyan bildirib.

O qeyd edib ki, avqustun 7-8-də Ermənistan baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.

/Modern.az
OXŞAR XƏBƏRLƏR