Ermənistanın maliyyə naziri İranla sərhəddə yerləşən Meğri şəhəri ərazisində kazino və uduşlu oyunlar üçün reqlament layihəsi təqdim etməlidir.
AZXEBER.COM erməni mətbuatına istinadən xəbər verir ki, hökumətin müvafiq qərarı mayın 2-də qəbul olunub.Beləliklə, Meğri Ermənistanda Cermuk, Sevan və Saxkadzordan sonra kazinonun fəaliyyət göstərəcəyi dördüncü şəhər olacaq.