Ermənistan İraqın şimalındakı kürdlərlə əlaqələri gücləndirir

DÜNYA
09:47 09.11.2012
1190
Məsud Bərzani kürd-erməni dostluğundan danışıbErmənistan-İraq hökumətlərarası birgə komissiyasının həmsədri, Erməistan baş nazirinin müavini Armen Gevorqyan İraqın şimailındakı kürdn muxtariyyatının başçısı Məsud Bərzani ilə Ərbildə görüşüb.Məsud Bərzani qonaqlarını salamlayaraq, bu səfərin xalqlar arasında dostluğun inkişafına güclü təsir göstərəcyini söyləyib.O, qeyd edib ki, başçılıq etdiyi muxtariyyat ikitərəfli əməkdaşlığın dərinləşməsi və inkişafında maraqlıdır. M.Bərzani erməni kapitalını İraqın şimalında görmək istədiklərini də vurğulayıb.Bərzaninin sözlərinə görə, ermənilərlə kürdlər arasında əsrlərdən gələn dostluq mövcuddur və İraqın şimalında erməni icması, eləcə də Ermənistanda kürd icmasının varlığı bu münasibətlərin güclənməsinə təminat verir.Ermənistanın baş naziri öz növbəsində bildirib ki, münsibətlərin inkişaf etdirilməsinə rəsmi İrəvan hazırdır. Onun sözlərinə görə , İraqın şimalı ilə əməkdaşlıq Ermənistan-İraq qarşılıqlı əlaqələrində vacib rol oynaya bilər.
//Lent.az

OXŞAR XƏBƏRLƏR