Ermənistan işğal edilmiş 2 rayondan çıxmağa razılıq verdi - İDDİA

SİYASƏT
14:25 28.11.2013
3415

Türkiyə mətbuatı ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan münasibətlərinə yönəlik “Bəzı yaradıcı fikirlər, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə qət etməyə çalışırıq” açıqlamasını doğuran şərtləri müəyyənləşdirib.

AZXEBER.COM-un məlumatına görə, Türkiyənin “Sabah” qəzeti sözügedən “Yol xəritəsi”nə dair diplomatik mənbələrdən əldə etdiyi müəyyən detalları ictimailəşdirib. Qeyd olunur ki, rəsmi Ankara Ə.Davudoğlunun ABŞ təmasları və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə də müzakirə olunan Qafqazda sülhün təminatı üçün yeni “Yol xəritəsi” hazırlayıb. Məlumata əsasən, Ermənistan hökuməti Azərbaycanla arasında xroniki problemə çevrilmiş Dağlıq Qarabağ bölgəsinə aid işğal altındakı rayonların ikisindən çəkilməyə şifahi razılıq verib. Türkiyə isə bununla bağlı Ermənistandan rəsmi açıqlama verməsini istəyib. Ermənistanın “Rayonlardan çəkiləcəyik” açıqlamasının veriləcəyi təqdirdə, Ə.Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısında iştirak etmək üçün İrəvana gedəcək. Diplomatik mənbələrdən bununla bağlı Azərbaycanın zəngin enerji qaynaqları sayəsində böyük inkişaf içində olduğu, bunun əvəzində Ermənistanın itirdiyi bildirilərək, “Bu kor düyünü bir yerdən açmaq, bunun üçün də oyunu dəyişdirə biləcək birini tapmaq lazımdır. Bir addım atılar, yeddi rayonun ikisindən çəkilər. Bunun qarşılığında da Azərbaycan və Türkiyə ilə əlaqələri açılar” məzmunlu şərh verilib.

OXŞAR XƏBƏRLƏR