‘Ermənistan istəsə, yaxın 2 il ərzində münaqişənin həllinə nail olmaq olar’ - Fərhad Məmmədov

SİYASƏT
15:12 25.07.2013
1788

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı göstərir ki, onlar müəyyən ümidsizlik nümayiş etdirir və hazırkı vəziyyətin yaranmasında daha çox tərəfləri günahlandırırlar. Halbuki həmsədrlər öz prinsipial mövqelərini ortaya qoymalıdır”.

APA-nın məlumatına görə, bu barədə mətbuat konfransında SAM-ın direktoru Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu ilk növbədə münaqişənin mərhələli şəkildə, beynəlxalq hüquq normalarına əsasən nizamlanmasına çalışmalıdır: “Bu istiqamətdə ilk addım Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasıdır. Bununla bağlı Ermənistana təzyiq etməyən ölkələrin danışıqlardafasilə yaranmasına görə məsuliyyəti tərəflərin üzərinə atması məntiqsizlikdir. Onlar bununla məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Digər tərəfdən, rəsmi səbəb kimi ölkələrdə keçirilən prezident seçkiləri göstərilirdi. Amma Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair fikri vahiddir və fikrin də əsas ifadəçisi prezidentdir. Əsas prinsiplər artıq ortadadır. Azərbaycan bu prinsiplərdən dönməyəcək. Digər tərəfdən Ermənistan istəsə, yaxın 2 il ərzində münaqişənin nail olmaq olar. Çünki hazırkı iqtidar Ermənistanda artıq nəzarət edilən hökumət və parlament qurmağa nail olub. Ermənistanın daxili problemləri və yaxud hansısa siyasi gərginliyi səbəb gətirərək danışıqlardan boyun qaçırmağı qəbul edə bilmərik. Yaxın gələcəkdə Ermənistanda həlledici seçkilər keçirilməyəcək və ermənilər 2 il ərzində də prosesi başlayıb məntiqi nəticəyə gətirib çıxara bilərlər”.

OXŞAR XƏBƏRLƏR