Azərbaycan Ordusunun keçirdiyi "Qisas” antiterror əməliyyatı nəticəsində erməni qanunsuz silahlılarının verdiyi itkilərin qismən açıqlandığını xəbər vermişdik.
AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki, erməni mediası itki və yaralıların sayında "dəqiqləşmələr" aparmaqdadır.
Hazırkı məlumata görə, 2 erməni silahlı məhv ediləb, yaralıların sayı isə 19-a qalxıb.
"Onlardan 4-ü çox ağır vəziyyətdədir. Digərləri orta-ağır və ya yüngül sayıla bilər”, - məlumatda qeyd edilib.
Yaralıların bir hissəsi artıq İrəvan xəstəxanalarına göndərilib.
Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri, eyni zamanda "Qisas" əməliyyatı ilə bağlı Azərbaycan MN-in yaydığı videolar erməni qanunsuz silahlı dəstələrinin daha çox itki verdiyini təsdiqləyir.