“Hələ Ermənistan klubu ilə müqavilə imzalamamışam. Lakin hazırda Türkiyədə təlim-məşq toplanışında onların sərəncamındayam”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında millimizin sabiq üzvü Şamil Qurbanov deyib.
İrəvanın “Uliss” komandası ilə anlaşan yığmamızın keçmiş futbolçusu bu barədə danışıb: “Mən azərbaycanlıların tənqidini başa düşürəm. Onların buna haqqı var. Amma bu qərarı bəzi səbəblərə görə vermişəm. Azərbaycan millisində oynamaq imkanımı isə çoxdan itimişəm. Onsuz da yığmaya daha çağırılmayacam. Azərbaycan yığmasını unutmuşam”.
Qurbanov Ermənistan yığmasında oynamaq haqqında düşünmədiyini də sözlərinə əlavə edib: “Ermənistan yığmasında oynamaq haqqında düşünmürəm. Mən sadəcə “Uliss”lə müqavilə imzalamışam və klubda çıxış edəcəyəm. Bu mənim karyeram üçün önəmli və yeni addımdır”.
Futbolçunun Azərbaycan vətəndaşı, milliyətcə dağıstanlı olması erməniləri qorxuya salıb.
