Ermənistan kriminal aləmin nümayəndəsini Rusiyaya təhvil verməkdən imtina etdi

Ermənistan kriminal aləmin nümayəndəsini Rusiyaya təhvil verməkdən imtina etdi
DÜNYA
21:16 14.11.2025
96
Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.
 
"Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada kriminal aləmdə "Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.
OXŞAR XƏBƏRLƏR