Ermənistan KTMT PA-nın "Crocus"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb

Ermənistan KTMT PA-nın "Crocus"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb
DÜNYA
20:47 27.03.2024
202
Ermənistan KTMT PA-nın "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə spiker Alen Simonyanın mətbuat katibi Nelli Qulyan deyib.

O, Ermənistanın təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını deyib.

Qulyan vurğulayıb ki, üzvlükdən imtina yalnız KTMT faktoru ilə bağlıdır: "Parlamentin spikeri öz Telegram kanalında başsağlığı verib, spiker müavini isə Cenevrədəki çıxışında terror aktını pisləyib”.
OXŞAR XƏBƏRLƏR