Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.
Bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.
O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır. Nazir əlavə edib ki, bu məsələni ölkənin Baş prokurorluğu həll edir və hazırda bu proses gedir.
///trend