Ermənistanda 400-ə yaxın məktəb region ölkələrinin, o cümlədən Azərbaycan və Türk dillərinin tədrisinə maraq göstərib.
Bu barədə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, məktəblər qonşu ölkələrin dil tədrisi proqramına könüllülük prinsipi ilə daxil ediləcəklər:
"Hələlik türk, Azərbaycan, fars və gürcü dili üzrə müəllimlər tapmaq çətindir. Ən çox kadr çatışmazlığı isə gürcü dili ilə bağlı yaşanır”.
///BAKU.WS