Ermənistan millisi Azərbaycanla eyni qrupdan çıxarıldı

İDMAN
16:54 18.12.2013
923
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib.
Trend-in məlumatına görə, AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb.
Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq.
2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR