Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri, hakim "Mülki müqavilə" partiyasının üzvü Arşak Orduxanyan cinayətkar birlik yaratma və mənimsəmə ittihamı ilə həbs edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan KİV-i İstintaq Komitəsinə istinadən məlumat yayıb.
"Bir nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar birliyin yaradılması və ya ona rəhbərlik edilməsi) və 257-ci maddəsinin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (kompüter texnikasından istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə) ilə cinayət işi açılıb", - İstintaq Komitəsindən bildirilib.
Bu maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsi 15 və 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
///"Report”