Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan istefa verib.
Bununla bağlı A.Ovannisyan öz "Facebook" səhifəsində yazıb.
O bildirib: "Bu müharibə zamanı döyüş əməliyyatlarım dördüncü müstəvidə - məlumat müstəvisində həyata keçirilib. Müharibəmi necə apardığımı zaman və mütəxəssislər qiymətləndirəcəkdir".
O elmi sahədə çalışacağını və siyasətlə məşğul olmayacağını, həyatını gənc nəslin təhsili və tərbiyəsinə həsr edəcəyini qeyd etdi.
///Trend