“Ermənistan müharibəyə təhrik edilir” — Bəhruz Məmmədzadə

“Ermənistan müharibəyə təhrik edilir” — Bəhruz Məmmədzadə
SİYASƏT
16:10 28.11.2024
405
"Son günlər Fransa və Hindistanın Ermənistana silah tədarükü prosesi gedir, bu da bölgədə geosiyasi gərginliyin artmasına səbəb olur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, hərbi ekspert Bəhruz Məmmədzadə deyib.

Ekspert bildirib ki, Ermənistan Fransadan "Caesar" özüyeriyən artilleriya sistemləri alır: "Bu sistemlər yüksək dəqiqlik və hərəkət qabiliyyəti ilə tanınır və hücum xarakterli silahlar hesab olunur. Fransanın bu addımını, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməsi kimi qiymətləndirmək olar. Bu silahların Ermənistana verilməsi bölgədə sülhə mane olur, müharibə ehtimalını yüksəldir. Qərb Cənubi Qafqazda sabitliyi pozmaq, yenidən münaqişə ocağı yaratmağa çalışır. Ermənistan Fransa ilə yanaşı Hindistandan da müxtəlif silahlar, o cümlədən artilleriya və zenit sistemləri tədarük edir. Hindistan da bununla bölgədə təsirini artırmağa cəhdiedir. Dövlətimiz bu addımlara qarşı hər zaman sərt şəkildə öz münasibətini bildirib. Xüsusilə vurğulayıram ki, Ermənistanın bu silahları Azərbaycana qarşı istifadə edə biləcəyi ehtimalı yüksəkdir. Yəni Ermənistan müharibəyə təhrik edilir”.

B.Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycanın bu silah tədarükünə qarşı reaksiyası kəskin olmalıdır: "Hökumət bu addımları bölgədəki mövcud sülh prosesinə təhlükə kimi qiymətləndirməli, Fransa və Hindistanın hərəkətlərinə sərt reaksiya verməlidir. Azərbaycan müttəfiqləri ilə hərbi əməkdaşlığını gücləndirməli və beynəlxalq platformalarda bu məsələni qaldırmalıdır.

Qərb silah tədarükünü həyata keçirməklə bölgədə strateji üstünlük əldə etmək istəyir. Azərbaycan dövləti isə bu məsələni diqqətdə saxlayır və sülhə mane olan addımlara qarşı mövqeyini sərt şəkildə ifadə edir.

Ermənistanın hərbi büdcəsini artırması, regionda geosiyasi və təhlükəsizlik dinamikalarının dəyişməsi ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Ermənistan son illərdə həm daxili siyasi gərginliklər, həm də regionda baş verən münaqişələr fonunda hərbi gücünü modernləşdirməyə çalışır.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ciddi islahatlara və modernləşdirməyə ehtiyacı olduğu açıq şəkildə görünür. Bu səbəbdən hərbi büdcənin artırılması, texniki təchizatın yenilənməsi və ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır.

Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli bir mövqeyə malikdir və bəzi regional gərginliklər fonunda müdafiə qabiliyyətini artırmağa ehtiyac duyur.

Ermənistanla həll olunmamış problemlər və sərhəd insidentləri hərbi hazırlığın artırılmasını zəruri edir.

Azərbaycanın hərbi büdcəsinin artırılmasına, regional təhlükəsizlik, milli müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var idi. Bu məqsədlə də 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını müsbət dəyərləndirmək olar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü