Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq

Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq
DÜNYA
12:27 09.03.2021
522
Ermənistan müxalifətinin yaratdığı "Vətənin xilası uğrunda hərəkat” martın 9-da baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən mitinq keçirəcək.

Bu barədə "Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.

O bildirib ki, aksiya saat 17-də Yerevanın Baqramyan prospektində başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR