Ermənistan müxalifəti Paşinyanı istefaya göndərə bilmədi

Ermənistan müxalifəti Paşinyanı istefaya göndərə bilmədi
DÜNYA
22:15 11.11.2020
2114
Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

AZXEBER.COM "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: "İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".
OXŞAR XƏBƏRLƏR