“Ermənistan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin təmin edilməsinə zamindir”

“Ermənistan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin təmin edilməsinə zamindir”
SİYASƏT
11:14 08.11.2021
765
"Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu böyük iş görüb və buna görə mən çox minnətdaram".

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

O bildirib ki, həm mövcud yollarda, həm də çəkiləcək magistrallarda kommunikasiyanın açılması məsələləri müzakirə olunub. Paşinyanın sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində deyilir ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar istifadəyə açıq olmalıdır və Ermənistan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin təmin edilməsinə zamindir: "Eyni vaxtda ölkəmiz də Azərbaycan ərazisində yollardan istifadə edərək Rusiya və İranla əlaqələr qurmaq imkanına malik olmalıdır".

Nikol Paşinyan müsahibəsində qeyd edib ki, işçi qrup artıq mümkün marşrutları hazırlayıb. Xüsusilə, söhbət İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Yerasx və Horadiz-Meğri-Ordubad-Yerasx hissələrindən gedir: "Fikrimizcə, hər bir tərəf öz ərazisində Yerasx-Ordubad-Meğri-Horadiz marşrutu ilə həm dəmir yolu, həm də magistral yol çəkməlidir.

Marşrutların sərhəd hissələrində gömrük, pasport və fitosanitar məntəqələrinin təchiz edilməsi də nəzərdə tutulub. Növbəti mərhələ işçi qrupun təkliflərinin müzakirəsidir. Bir sözlə, elə bir iş prosesi var ki, orada hər şey hamar getmir, müəyyən çətinliklər var, çoxlu texniki məsələlər ortaya çıxır. Amma düşünürəm ki, bizim birlikdə aradan qaldırmalı olduğumuz əsas problemlər siyasi müstəvidədir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı