Ermənistan niyə vəziyyəti yenə gərginləşdirməyə çalışır?

Ermənistan niyə vəziyyəti yenə gərginləşdirməyə çalışır?
Siyasət
09:08 12.05.2023
215
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması vəziyyəti növbəti dəfə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək məqsədi daşıyır.

"Report” xəbər verir ki, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini bir daha sübut edir.

Əslində rəsmi İrəvanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində məqsəd Azərbaycanı hər hansı addımlara məcbur etmək, son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya guya təcavüzdə ittiham etməkdir. Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, bu uğursuz üsula əl atır.

Regionda yeni hərbi qarşıdurmaya çalışan Ermənistanın dərhal zərbə dronlarından istifadə etməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi idi.

Ermənistanın Müdafiə Nazirliyinin və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyinin çox qısa vaxt intervalları ilə ardıcıl açıqlamalar və bəyanatlar verməsi, eləcə də mövcud vəziyyət barədə yalan məlumatlar yayması təxribatın qabaqcadan planlaşdırıldığını göstərir.

İrəvanın əsl məqsədi isə tam aydındır. ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkənin qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanınması tələbinin qoyulması, bir sözlə, son görüşün müsbət nəticələrinin heçə endirilməsi Ermənistanın yeni təxribatının əsas səbəblərindən biridir. Hazırda İrəvan hər vəchlə diplomatiyadakı növbəti uğursuzluğunu ört-basdır etməyə can atır.

Əslində hər şey aydındır - Ermənistan rəhbərliyi Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyarsa, bunu hansı çərçivədə etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını çox yaxşı bilir. Məhz buna görə də İrəvan vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin bu səylər nəticəsiz qalacaq. Bunu yaxın keçmişin təcrübəsi dəfələrlə göstərib.

Son hadisə rəsmi İrəvanın məqsədli şəkildə həyata keçirdiyi hərbi-siyasi təxribat idi. Elə buna görə də baş verənlərə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü