"Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir" - Səməd Seyidov

SİYASƏT
16:00 12.11.2013
1053

Azərbaycan və Türkiyənin bayraqları müqəddəsdir, odur ki, bu bayraqları heç vaxt, heç kəs tapdalaya bilməz.

Ermənilər bu cür məntiqə sığmayan hərəkətləri ilə bir daha onu göstərirlər ki, Ermənistan tərəfi sülhə hazır deyil, öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidoverməni əsgərlərinin dövlət bayrağına hörmətsizliyini əks etdirən kadrları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan bu cür hərəkətləri ilə regionda destabilizasiya faktoru kimi özünü bütün dünyaya nümayiş etdirir:“Əminəm ki, ermənilər ordu daxilində belə bir məsələləri həyata keçirirlərsə, deməli həmin ordu bir qrup qanunu pozan və başqa dövlətin torpağını işğal etmiş insanlar kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur”.Komitə sədri deyib ki, Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir:“Bunlar əllərinə silahları götürüb başqa dövlətlərin bayraqlarını təhqir edirlər. Mən də baxdım bu kadrlara. Bilirsiniz, bütün bunlara bir söz demək olar. Bütün bunlar gücsüzlüyün əlamətidir.

Yəqin ki, erməni əsgərinin gücü yalnız buna çatır. Ona görə də televiziyada göstərməkdən başqa heç bir imkanı və əlacı qalmır”.

OXŞAR XƏBƏRLƏR