Ermənistan ordusunun 1 hərbi qulluqçusu öldü, 3-ü yaralandı

Ermənistan ordusunun 1 hərbi qulluqçusu öldü, 3-ü yaralandı
DÜNYA
11:37 06.08.2020
2391
Avqustun 6-da, saat 06:26 radələrində Ermənistanda Lusağbyur kəndinə gedən yolda avtomobil yolun hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.

Baş vermiş hadisə nəticəsində A. Spartak (1997-ci il təvəllüdlü) ölüb, S. Albert (1998-ci il təvəllüdlü), N. Artuş (1991-ci il təvəllüdlü), M. Manuk (1989-cu il təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Vanadzor tibb mərkəzinə yerləşdirilib.

Həkimlər M. Manukun sağlamlıq vəziyyətini olduqca ağır, digərlərinin sağlamlıq vəziyyətin isə orta ağır qiymətləndirblər.

Məlumata görə, ölümş şəxs və yaralılardan 3-ü Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
 
///Ordu.az
OXŞAR XƏBƏRLƏR