Ermənistan ordusunun Baş Qərargahından növbəti bəyanat: Paşinyan istefa verməlidir

Ermənistan ordusunun Baş Qərargahından növbəti bəyanat: Paşinyan istefa verməlidir
SİYASƏT
15:53 25.02.2021
748
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.

"Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik", - Baş Qərargahdan bildirilib.
 
 ///Report
OXŞAR XƏBƏRLƏR