Ermənistan ordusunun iki generalı vəzifəsindən azad edildi

Ermənistan ordusunun iki generalı vəzifəsindən azad edildi
SİYASƏT
13:30 25.06.2021
406
Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.

Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Vardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.

Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, İ.Matevosyan 2015-ci il, A.Bardanyan isə 2012-ci ildə bu vəzifəyə təyin olunmuşdular.
 
///Report
OXŞAR XƏBƏRLƏR