Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub

Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub
DÜNYA
20:18 21.06.2021
577
Ermənistan ordusunun keçmiş hərbçisi, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Artur Ayvazyana qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

Məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, Ayvazyan saxlanıldıqdan sonra polis bölməsinə aparılıb. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Onun vəkili Ara Zakaryan hansı xuliqanlıqdan söhbət getdiyini bilmir. Onun sözlərinə görə, müvəkkili hesab edir ki, siyasi məsələlərlə bağlı təqib edilir: "Ayvazyan müddətsiz aclıq elan edib”.

Məlumata əsasən, o, "Monax” ləqəbi ilə də tanınır.
 
///Report
OXŞAR XƏBƏRLƏR