"Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib" - Alaverdyan

"Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib" - Alaverdyan
Siyasət
18:28 14.08.2018
10474
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.
AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, Ermənistanın "Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu gün gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil. 

"Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt "Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində - muxtar əyalət yox, muxtar respublika kimi.” – deyə, erməni ekspert bildirib. 

Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Koçeryan və Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır. 

Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan, Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almaq üçün İrəvana başqa çərçivə və platformalarda intensiv iş aparmağı təklif edib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
16:42 08.08.2025
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
16:31 08.08.2025
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
16:26 08.08.2025
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
Daşkəsəndə qardaş bacısını baltaladı
16:16 08.08.2025
Daşkəsəndə qardaş bacısını baltaladı
Kolleclərə qəbulun nəticələri açıqlandı
16:09 08.08.2025
Kolleclərə qəbulun nəticələri açıqlandı
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
16:07 08.08.2025
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
16:00 08.08.2025
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
15:58 08.08.2025
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
Almaniya İsrailə silah satışını dayandırdı
15:48 08.08.2025
Almaniya İsrailə silah satışını dayandırdı
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar
15:36 08.08.2025
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar