Ermənistan sərhədində görüşlə bağlı YENİ TƏFƏRRÜATLAR

Ermənistan sərhədində görüşlə bağlı YENİ TƏFƏRRÜATLAR
SOSİAL
23:52 02.04.2023
496

Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri arasında aprelin 1-də keçirilmiş görüşün bəzi yeni təfərrüatları bəlli olub.

Qeyd edək ki, xəbəri ilk olaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.  "Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr  barədə ictimaiyyətə əlavə məlumat veriləcək" deyə, məlumatda bildirilirdi. 

Məlumdur ki, martın 30-da Azərbaycan ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına  (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Hazırda Ermənistan Kornidzor kəndindən bu magistrala gedən yolun özünə aid hissəsini tikib.

"Hraparak" qəzeti yerli mənbələrə istinadən yazıb ki, sərhəddəki danışıqlarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib. Ermənistan tərəfdən danışıqları Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan aparıb. Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar.

Maraqlıdır ki, Azərbaycan tərəfi hələ də görüş barədə rəsmi məlumat verməyib.

Ermənistanda isə Azərbaycanın öz sərhədləri çərçivəsində mümkün sərhəd postu qurmasından ciddi narahatlıqlar başlayıb. "Hayastan" parlament fraksiyasının deputatı Qeqam Manukyan  bir gün əvvəl Tex kəndində olub.  

Azərbaycanla razılaşmalar olması barədə  iddiaları şərh edən Qeqam Manukyan deyib ki, ortada belə bir sənəd  yoxdur: "Azərbaycanla razılaşma hansı formatda olub, yazılı, yoxsa şifahi bu bilinmir. Sərhədin demarkasiyası və delimitasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyası olsa da, onun işindən də heç kimin xəbəri yoxdur.  Ermənistanın Sərhəd Qoşunları daha zəif maddi-texniki təchizat, zəif texnikası var.  Azərbaycan isə 2010-cu illərin ortalarından etibarən  sərhəddə bu işi geniş texniki təchizata malik döyüş bölmələri olan sərhəd qoşunlarına həvalə edib. Ermənistan niyə zəif texniki təchizatı olan Sərhəd Qoşunlarını ora yerləşdirir, bilinmir.”  

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da  yeni yolda, Ermənistan-Azərbaycan sərhəddində post qurmasından narahatlığını dilə gətirib. O deyib ki, bu yolla Qarabağ ermənilərinə təzyiqləri daha da artıracaq. /Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO