Ermənistan sərhədlərimizdə niyə gərginlik çıxarır? - Politoloq cavablandırır

SİYASƏT
15:37 16.05.2021
1693

Xəbər verdiyimiz kimi, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq, mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Təlimlər mayın 27-dək davam edəcək.

AZXEBER.COM-a açıqlamasında politoloq Elxan Şahinoğlu müharibədən sonra Azərbaycan öz ordusunu gücləndirmək məcburiyyətində olduğunu bildirib: "44 günük Vətən Müharibəsindən sonra Azərbaycan ordunu gücləndirmək məcburiyyətindədir. Çünki ermənilər yenə də puskuda dayanıblar. Onlar 100 il ərzində bizi arxadan vurmağa çalışıblar. Buna görə biz bu acı tarixdən dərs çıxararaq ordumuzu daim güclü saxlamalıyıq. Bu, həm də onu göstərir ki, Ermənistan yenə də hər hansı bir təxribata əl atmağa çalışarsa, qarşısında güclü Azərbaycan ordusunu görəcək”.

Azərbaycan - Ermənistan sərhədində baş verən gərginlikdən də danışan politoloq qeyd edib ki, biz sadəcə öz sərhədlərimizi müəyyənləşdiririk və burada qeyri-adi bir şey yoxdur: "Uzun illər torpaqlarımız düşmən tapdağı altında olub, sərhəd olmayıb. Ermənistan da buna pis alışıb. Elə biliblər ki, sərhəd heç vaxt olmayacaq. Biz hazırda öz sərhədlərimizi müəyyənləşdiririk, burada qeyri-adi bir şey də yoxdur. Heç bir dövlət bizə təzyiq edə bilməz. Fransanın da artıq mövqeyi bizi maraqlandırmamalıdır. Bu, bizim haqqımızdır. Hər hansı bir təxribat da olarsa, Azərbaycan ordusu yerindədir”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR