‘Ermənistan sübut etdi ki, ondan hər şey gözləmək olar’

‘Ermənistan sübut etdi ki, ondan hər şey gözləmək olar’
SİYASƏT
16:37 04.09.2013
1402

"Ermənistan bir daha sübut etdi ki, bu ölkədən hər şey gözləmək olar"

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoruFərhad MəmmədovYerevanın Gömrük İttifaqına daxil olması barədə bəyanatını şərh edərkən deyib. F.Məmmədovun sözlərinə görə, 2012-ci ilin sonundan etibarən Ermənistanda siyasi söhbətlərin əsas mövzusu ölkənin xarici siyasi kursunun müəyyənləşdirilməsi olub. Seçim Ermənistanın əsas hərbi-siyasi müttəfiqi Rusiya Federasiyasının dəstəklədiyi Gömrük İttifaqı və Avropa İttifaqı (Aİ) ilə Assosiativ Müqavilə yolu ilə Azad Ticarət Zonası arasında olub. Bütün bu vaxt ərzində Ermənistanın rəsmi şəxsləri bəyan edirdilər ki, Aİ ilə Assosiativ Müqavilənin mətni artıq hazırdır və rəsmi Yerevan Avropaya inteqrasiya yolunu seçəcək. İlkin hesablamalara əsasən, Müqavilə Ermənistana 146 milyon avro həcmində (ÜDM-in 2,3 faizi) əlavə gəlir gətirəcək, Ermənistanın ixracatı 15,2 faiz, idxalatı isə 8,2 faiz arta bilər". F.Məmmədov deyib ki, bu dövr ərzində Ermənistanda adıçəkilən inteqrasiya zonalarından birinə üzvlüyün imkanları və riskləri arasında əsl informasiya mübarizəsi gedib: "Ermənistanın xarici işlər nazirinin müavini Ş.Koçaryan hətta bildirmişdi ki, bilavasitə sərhədlərə malik olmayan dövlət Gömrük İttifaqının üzvü ola bilməz. Müxtəlif vəzifəli avropalı məmurlar mütəmadi olaraq təkrarlayırdılar ki, Ermənistan eyni zamanda iki stulda otura bilməz və iki layihə arasında birmənalı seçim etməlidir". SAM-ın direktoru qeyd edib ki, Avropa və Rusiyanın geoiqtisadi platformalarının məntiqi pulların, insanların və kapitalın sərbəst hərəkətini asanlaşdırmaqdan ibarətdir: "Lakin hər iki ittifaq üçün açıq olmaq mümkün deyildi, çünki belə olan halda inteqrasiyanın əhəmiyyəti aradan qalxır və müəyyən edilmiş qaydalar pozulur. Lakin Ermənistan Prezidenti dünən birmənalı olaraq ölkənin Gömrük İttifaqına daxil olmasının lehinə çıxış edib. Qeyd etmək lazımdır ki, Serj Sarkisyan Moskvaya Zaqrebdən yola düşüb. Ermənistan ilə Assosiativ Müqavilənin imzalanması üçün sənədlərin hazırlanması üzrə işçi qrupu Zaqrebdədir". F.Məmmədov bildirib ki, bununla da Ermənistan bir daha nümayiş etdirdi ki, bu ölkədən hər şeyi gözləmək olar. Rəsmi Yerevana bütün bu vaxt ərzində avropalılarla məzhəkə Rusiyadan əlavə maliyyə vəsaitləri almaq üçün yalnız xırda pul qismində lazım olub. Rusiyanın yaxın gələcəkdə Ermənistanda "ArmRosQazprom"un qalan 20 faizini əldə edəcəyini, Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsində iştirak edəcəyini, "Nairit" zavoduna dəstək vermək üçün investisiya şirkəti yaradacağını və s. gözləmək olar". Onun sözlərinə görə, İsveçin xarici işlər naziri müavininin "Ermənistanın Aİ ilə danışıqları pozması" ilə bağlı bəyanatı bir daha sübut edir ki, avropalılar erməni düşüncəsinin konyunkturasını və Ermənistan rəhbərliyinin hərəkətinin irrasionallığını sonadək dərk edə bilmirlər. Ermənistan maksimum Aİ ölkələri ilə viza rejiminin asanlaşdırılmasına güvənə bilər. Yeri gəlmişkən, bu, Ermənistan əhalisinin daha çox miqrasiyasına və ölkənin boşalmasına imkan yaradacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq