"Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə qarşısında işıqlı yol olmayacaq"

"Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə qarşısında işıqlı yol olmayacaq"
SİYASƏT
14:47 07.05.2018
4589
Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Bu çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, Ermənistan xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".
OXŞAR XƏBƏRLƏR