Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 12-də Hindistanın paytaxtı Nyu-Delhiyə işgüzar səfər edəcək.
Bu barədə Təhlükəsizlik Şurasının aparatı məlumat verib.
Səfər çərçivəsində A.Qriqoryan Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Dovalla görüşəcək.