Ermənistan televiziyası “Eurovision-2012”ni canlı yayımlayacaqmı?

DÜNYA
10:38 22.05.2012
2138

“Eurovision-2012”nin mayın 26-da Bakıda keçiriləcək finalı Ermənistanın ictimai televiziyası ilə canlı yayımlana bilər. ANS PRESS-in məlumatına görə, bunu News.am-a açıqlamasında Ermənistanın “Eurovision” nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan deyib. O, məsələ ilə bağlı əlavə şərhdən yayınıb. Qoar Qasparyan bildirib ki, canlı yayımı kimin aparıcıları da hələ müəyyənləşməyib. Bununla yanaşı, Ermənistan müsabiqədə iştirakdan imtina etdiyindən, bu ölkədən şou iştirakçılarına səs vermək mümkün olmayacaq. Xatırladaq ki, Avropa Yayım Birliyi Ermənistan qarşısında müsabiqənin canlı yayımlanması ilə bağlı şərt qoyub. Əks təqdirdə, bu ölkə “Eurovision-2013”də iştirakdan məhrum edilə bilər.

OXŞAR XƏBƏRLƏR