Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar.
Bu barədə elə erməni mətbuatı özü yazıb. "EAdaily"nin yazdığına görə, atışma əsasən Talış-Tərtər istiqamətindədir.
Ermənilərin Mardakert adlandırdıqları Ağdərə sakinlərinin sözlərinə görə, insanlar şəhəri kütləvi sürətdə tərk edirlər. Onlar Xankəndi istiqamətində qaçırlar. "Daha çox insan bizim məntəqəyə - Maqavuzə toplaşıb", deyə Xankəndindən telefonla xəbər verən mənbə bildirib.