Ermənistan təşvişdə: Ordu Qarabağı tərk edir

Ermənistan təşvişdə: Ordu Qarabağı tərk edir
Bütün Xəbərlər
14:48 06.08.2012
3774

Azərbaycan ordusu Murovda müdhiş bir əməliyyata imza atıb. Bu barədə qafqazinfo-ya Murovda xidmət edən zabitlərdən biri məlumat verib. Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri iyulun 27-də Murovdağda düşmənlə təmas xəttində uğurlu əməliyyat keçirib. Əməliyyatın mühümlüyü ona birbaşa müdafiə naziri, general polkovnik Səfər Əbiyevin rəhbərlik etməsi olub. Ümumiyyətlə, prosesdə əsasən komandir heyəti iştirak edib və ciddi qarşıdurma olmadan hərbçilərimiz istəyinə nail olub. Belə ki, ilin əksər hissəsinin ağır hava şəraitinin hökm sürdüyü Murovda atəşkəs dövründən bəri ermənilərin nəzarətində olan, lakin heç bir postun fəaliyyət göstərmədiyi, sadəcə, düşmən tərəfin nəzarəti altında saxlanılan yüksəklik Azərbaycan ordusunun nəzarəti altına keçib.

Məlumata görə, sözügedən yüksəklikdən Ağdərə və Kəlbəcəri asanca görmək, orada baş verə biləcək hər hansı prosesə müdaxilə etmək mümkündür. Bu yüksəkliyi ələ keçirməklə Azərbaycan ordusunun hərbçiləri Murovda düşmənlə daha yaxın məsafədə dayanmalı olacaqlar. Hazırda ərazidə daha bir yüksəkliyin ermənilərin nəzarətində olduğu, lakin orada heç bir texnikanın və döyüş postunun saxlanmasının mümkün olmadığı bildirilir. Maraqlı məqam bundan ibarətdir ki, nədənsə hər iki tərəf hadisəni konfidensial saxlamağa çalışıb. Doğrudan da son günlər erməni saytları da olay barədə heç nə yazmayıblar. Böyük ehtimalla, bu, düşmən tərəfin ordu və cəmiyyətdə ruh düşkünlüyü yaratmamaq istəyi ilə bağlı olub. Buna əsas indi daha çoxdu. Çünki dünən ordumuzla bağlı başqa bir xoş xəbər gəlib. Məlumata görə, Goranboy rayonunun Ballıqaya kəndi istiqamətində üç gündür ermənilərlə atışma ara vermir. Sözügedən ərazi cəbhənin Kəlbəcər rayonu istiqamətinə yaxın yerləşir. Yerli sakinlərin modern.az saytına verdikləri məlumata görə, ermənilərin atəşkəsin pozulmasında göstərdikləri radikallığın səbəbi düşmənin nəzarətində olan bir neçə postun Azərbaycan ordusu tərəfindən alınmasıdır. Erməni tərəfinin xeyli itki verdiyi söylənilir. Ancaq Azərbaycan tərəfdən də yaralıların olduğu bildirilir.O da bildirilir ki, azad olunan postlardan Kəlbəcərin bir neçə kəndinə nəzarət etmək mümkündür. Həmin postların da strateji əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd olunur ki, erməni hərbçiləri üç gündür ki, itirdikləri postları geri almağa çalışsalar da, buna nail ola bilmirlər.Sayta verilən məlumata görə, cəbhənin bu istiqamətində hər iki tərəfdən böyük qüvvə toplanıb. Hətta Goranboyun Ballıqaya kəndinin əhalisinin evakuasiya olunduğu vurğulanır. Atışmalar zamanı xeyli erməni hərbçisinin könüllü şəkildə Azərbaycan tərəfə təslim olduğu da yayılan xəbərlər sırasındadır. Maraqlısı həm də budur ki, bir neçə gün öncə qəzetimiz Azərbaycanın işğal altındakı Ağdam və Füzuli rayonları istiqamətində erməni hərbi qüvvələrinin bir neçə kəndimizi boşaltdığı barədə yazmışdı. Buna səbəb kimi İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında qarşıdurmanın kulminasiya həddinə çatması göstərilirdi. Cəbhə bölgəsində yerləşən kəndlərdən verilən məlumata görə, adı çəkilən rayonlarda işğal olunmuş Azərbaycan kəndlərində davamlı atışmalar olub. Bu atışmaların ardınca isə kəndlərin boşaldıldığı qeyd edilir. Sakinlər bir neçə dəfə hətta sərbəst şəkildə boşaldılmış kəndlərə də gedə biliblər. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin qüvvələri bunun qarşısını alıblar. Həmin kəndlər Milli Ordunun nəzarəti altına alınıb. Nədənsə bu məsələ barədə də ictimaiyyətə məlumat verilmir.Məlumata görə, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında qarşıdurma o həddə çatıb ki, birincilər gizli şəkildə Qarabağın azərbaycanlı icmasına birləşmək üçün ismarış da göndəriblər. Bakıdan isə Qarabağ icmasına bu məsələ ilə bağlı açıqlama verməmək tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı