Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
SİYASƏT
16:13 23.09.2026
133
Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. O bildirib ki, layihənin reallaşması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən mövcud olan nəqliyyat təcridindən çıxacaq.

"İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Biz Ermənistan-Türkiyə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Daha geniş kontekstdə isə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, - Paşinyan deyib.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu açıqlama Paşinyanın Cənubi Qafqazda yeni kommunikasiya mərhələsinə keçid istəyinin göstəricisidir:

"Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədin açılması və dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlaması Cənubi Qafqazda yeni kommunikasiya mərhələsinə keçid istəyinin göstəricisidir. Lakin bu proses yalnız Ermənistanın arzusu ilə deyil, regionda yaranacaq real siyasi etimad mühiti, Azərbaycan-Ermənistan sülh müqaviləsinin irəliləməsi və Türkiyə-Azərbaycan strateji koordinasiyası çərçivəsində mümkün ola bilər. İlin sonuna qədər sərhədin tam açılması nəzəri baxımdan mümkündür, amma bunun üçün bir neçə əsas şərt yerinə yetirilməlidir. İlk növbədə, Ermənistan Azərbaycanla sülh prosesində konkret, geri dönülməz və etimad yaradan addımlar atmalıdır. Sərhədlərin delimitasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizi üzrə kommunikasiya xətlərinin açılması və revanşist ritorikadan uzaq durulması bu prosesin əsas şərtləridir”.

O qeyd edib ki, Türkiyə burada Azərbaycanla koordinasiya içində hərəkət edəcək:

"Türkiyənin mövqeyi burada son dərəcə aydındır: Ankara Cənubi Qafqazda Azərbaycanla tam uyğunluq və koordinasiya içində hərəkət edəcək. Azərbaycan tərəfinin bilgisi, razılığı və strateji maraqları nəzərə alınmadan Türkiyə-Ermənistan sərhədinin açılması real görünmür. Çünki Türkiyə üçün məsələ yalnız ikitərəfli münasibət deyil, həm də Azərbaycan-Ermənistan sülh gündəminin sürətləndirilməsi, regional təhlükəsizlik arxitekturasının qurulması və Türk dünyasının nəqliyyat bağlantılarının gücləndirilməsi məsələsidir. Sərhədin açılması o halda mümkün ola bilər ki, Ermənistan bu addımı sülh müqaviləsini yubatmaq üçün deyil, əksinə, onu sürətləndirən bir mexanizm kimi qəbul etsin. Ankara bu prosesi Bakıdan ayrı deyil, Bakı ilə birlikdə idarə edəcək. Bu, həm Şuşa Bəyannaməsinin ruhuna, həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin strateji mahiyyətinə uyğundur”.

"Nəticə etibarilə, ilin sonuna qədər məhdud və mərhələli açılım ehtimalı tamamilə istisna edilmir. Lakin tammiqyaslı sərhəd və dəmir yolu əlaqəsinin bərpası üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsi istiqamətində real addımlar atması həlledici olacaq. Türkiyənin əsas prinsipi dəyişməyəcək: regionda açılacaq hər qapı Azərbaycanın maraqlarına zidd deyil, Azərbaycanla birlikdə və sülhü möhkəmləndirəcək şəkildə açılmalıdır”,-deyə Yücel Karauz qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ