"Anklavlar mövzusunun siyasi müstəvidə həlli ilə bağlı bəzi ideyalar var”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
Onun sözlərinə görə, anklavlar mövzusu siyasi müstəvidə çoxdan mövcuddur: "Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ müzakirə olunub”.
N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın bir-birilərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması üçün bir çox incəliklər və hüquqi aspektlər var.
///Report