Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir

Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir
DÜNYA
13:28 10.11.2022
172

Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir.

AZXEBER.COM "Armenpress"ə istinadən xəbər verir ki, Tehranda səfərdə olan Ermənistan maliyyə naziri Tiqran Xaçatıryan və onun müavini Avaq Avanesiyan İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi ilə görüşdə illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı müzakirə ediblər.

"Ermənistan və İranın maliyyə nazirləri iki qonşu ölkə arasında bir sıra iqtisadi prioritetləri, xüsusilə hər il 3 milyard dollar dəyərində ticarətin həyata keçirilməsi, mal mübadiləsinin həcminin 5 milyon tona çatdırılması, habelə maliyyə, bank, ticarət və gömrük əlaqələrini müzakirə ediblər",- Ermənistan Maliyyə Nazirliyi yaydığı məlumatda bildirib.

"İran və Ermənistanın iqtisadi və siyasi münasibətləri tarixi onilliklərə dayanır. Davam edən danışıqların əsasını iki ölkə arasında uzunmüddətli əməkdaşlıq təşkil edir və Ermənistanla İran arasında ticarət əlaqələrinin 3 milyard dollar səviyyəsinə çatdırılması məqsədi bu əsasların sübutudur”,- Ermənistanın maliyyə naziri iranlı həmkarı ilə görüşdə deyib.

İki ölkə arasında iqtisadi mübadilələrin həcmində qeydə alınan 25 faizlik artıma toxunan erməni nazir bildirib ki, bu il bu artım 40 faizdən çox olacaq. İranlı nazir isə deyib ki, onun ölkəsi qonşu dövlətlərin yürütdüyü iqtisadi siyasəti çox diqqətlə izləyir:

"Bizim diqqətimiz həm də Qafqaz regionuna yönəlib və ümid edirəm ki, ölkələrimiz arasında 3 milyard dollarlıq ticarət dövriyyəsini reallaşdırmaq məqsədinə nail olacağıq".

O xatırladıb ki, bu məsələ İran prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə müzakirə olunub.

Ayşən

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik