Ermənistan və Slovakiya müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəlib

Ermənistan və Slovakiya müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəlib
DÜNYA
22:13 26.05.2025
808
Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub.

Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib, tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər.

Qeyd olunur ki, görüş Slovakiyanın Baş naziri Robert Fitsonun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.
 
/report
OXŞAR XƏBƏRLƏR