İrəvan Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşü uğurlu hesab edir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyanın nazirliyin "Telegram" kanalında paylaşılan bəyanatında deyilir.
"Ermənistan da Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər", - deyə Badalyan qeyd edib.
/Oxu.Az