Azər Niftiyev,
Siyasi şərhçi
- ABŞ, Fransa və Qərb dairələri Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışırlar.
Siyasi şərhçi
- ABŞ, Fransa və Qərb dairələri Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışırlar.
- Ermənistan Qərb dairələri tərəfindən məqsədli şəkildə müharibəyə hazırlanır;
- Sülhü əngəlləmək üçün mümkün bütün imkanlar səfərbər olunur;
- Qərb bu regionda bəslədiyi emissarlarını vahid mərkəzdə və bir bayraq altında birləşdirir;
- Ukraynanın ardınca Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açılır;
- Rusiyanın hər tərəfində süni münaqişə ocaqları yaradılır;
- Moldova və Gürcüstan Ermənistandan sonrakı cəbhələr qismində nəzərdə tutulur;
- ABŞ, Fransa və müttəfiqləri Cənubi Qafqazda aranı qatmağa, yeni nizam yaratmağa çalışırlar;
Göründüyü kimi, dünya gücləri tərəfindən regionda növbəti qarşıdurmalar üçün çoxvektorlu ssenarilər hazırlanır və rupor dövlət başçıları, "sülh göyərçini" olan "liderlər" bu prosesin fövqündə qərar tuturlar.
Azərbaycan isə bütün bu proseslərdə milli maraq və mövqedən çıxış edərək, müstəqil xarici siyasət kursunu uğurla davam etdirir.
Bu bir daha təsdiq edir ki, Azərbaycanın iştirakı və rolu olmadan regionda hər hansı layihənin uğur və müvəfəqiyyət qazanması mümkün deyil.