Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Bəs Ermənistanın təxribatı nəyə hesablanır? Mənfur düşmən yeni müharibəyə hazırlaşır?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputat, "Milli Cəbhə Partiyası"nın sədri Razi Nurullayev bildirib ki, Ermənistanın Laçındakı təxribatı ilə böyük müharibəyə hazırlaşdığının anonsunu vermiş oldu:
"Ermənistanın Laçında törətdiyi təxribat böyük bir savaşın müjdəçisi idi. Belə çıxır ki, Ermənistan ciddi cəhdlə müharibəyə hazırlaşır. Artıq faktlar var ki, mənfur düşmənlər Laçın rayonu istiqamətində yeni aldığı silahları, əsgərlərini və xüsusi təyinatlılarını yerləşdirir. Belə çıxır ki, Ermənistan heç də sülhə yox, müharibəyə hazırlaşır. Ona görə də, Azərbaycan dünən aydın şəkildə mesaj almış oldu və Ermənistanın əsl planı bilindi. Ermənistanı bu planların rüşeymində boğmaq lazımdır. Onlar bizim sərhəddimizə qoşunlar, hərbi silah və texnika yığırsa, biz onları yalnız sıradan çıxarmaq yolunu tutmalıyıq. Çünki bu silahlar sonradan Azərbaycana qarşı istifadə ediləcək. Əgər bəri-başdan müharibə olacaqsa, elə o müharibə ilə də onları susdurmaq lazımdır.
Deputat İranın da siyasətindən söz açaraq, onu ikiüzlü adlandırıb:
"Təəssüf edirəm ki, özünü müsəlman dövləti adlandıran, müsəlman həmrəylindən, qardaşlığından danışan bir ölkə olan İran da onlara dronlar satır və ermənilər də bu dronlar vasitəsilə Azərbaycana hücum edir. Mən bunu qəbuledilməz sayıram və artıq İranın Azərbaycana qarşı düşmənçiliyinin ən pik nöqtəyə çatması kimi qiymətləndirirəm. Bu təxribatdır. Əgər Rusiya tərəfi, beynəlxalq təşkilatlar, eyni zamanda Azərbaycanı sülhə dəvət edən ölkələr Ermənistanı yerinə oturtmayacaqsa, bu zaman Azərbaycan özü bu məsələni həll etməlidir. Çünki biz onlara güclənməyə, sərhədə silah yığmağa imkan versək, şəhidlərimiz daha çox olacaq".

Milli Məclisin deputatı Fəzail Ağamalı da AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, bu təxribat gözlənilən idi:
"Dünən Ermənistan növbəti təxribatını reallaşdırdı və çox təəssüf edirəm ki, bu təxribat nəticəsində 3 nəfər şəhid verdik. Uca tanrıdan onlara rəhmət diləyirəm, yaxınlarına baş sağlığı verirəm. Vətən sağ olsun. Bu Ermənistanın bitib tükənməyən təxribatlarının növbəti nümunəsidir. Ermənistan müstəqil dövlət kimi öz iradəsini ortaya qoya bilmir. O, müxtəlif region və beynəlxalq oyunçuların diktəsi ilə hərəkət edir. Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmək istəmir. Bu təxribat əslində gözlənilən idi. Çünki müxtəlif istiqamətlərdə İranın Azərbaycana qarşı təhdidləri heç bir nəticə vermədi və verməyəcək də. Azərbaycan dövləti İranın Azərbaycana aqressiv hərəkətlərinə qarşı özünün kəskin, haqlı, ədalətli mövqeyini ortaya qoyur və bundan sonra da bu prinsip davam edəcəkdir. Son zamanlar Ermənistanın İrana məxsus olan silah-sursatla təmin olunması, onlar arasında danışıqların getməsi müzakirələrin vacib məqamlarından biri idi. Nəticə etibarilə həm də Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi əməliyyat aparmadan çox peşəkar şəkildə şəhərboyu ərazilərdə mövqelərini gücləndirməsi, postlarımızın qurulması, Azərbaycan dövlətinin şəxsiyyətli, iradəli, silahlı qüvvələrimizin yüksək peşəkarlıqla qəhrəmanlığı Ermənistanı da onun yanında yer alan ayrı-ayrı dövlətləri də narahat edir və buna görə də bu cür təxribatlar törədilir".
Millət vəkili bildirib ki, bütün bu təxribatların arxasında İran dayanır:
"Bunun arxasında şübhəsiz ki, İran dayanır. İranın Ermənistana vermiş olduğu pilotsuz aparatlardan eyni zamanda artilleriya qurğularından istifadə olunur. Mən hələ şübhə edirəm ki, Ermənistanda həm də İranın dronlarından, artilleriya qurğularından və digər silahlarından istifadə üçün təlimatları da var. Onların yüksək rütbəli zabitləri də Ermənistanda erməni silahlı qüvvələrinə təlim keçirlər, onları öyrədirlər. Nəticə olaraq onların təxribatlarının qarşısı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. 4 erməni əsgəri öldürüldü. 6 nəfərdən çoxu isə yararsız vəziyyətə salındı. Əgər bundan sonra bu cür təxribatlar davam etsə, Ermənistan layiqli cavabını alacaqdır. Onların buna heç bir şübhəsi olmasın. Ancaq bu cür təxribatlar bundan sonra da davam edə bilər. Mən güman etmirəm ki, Ermənistan Azərbaycana qarşı müharibə cəbhəsi açsın. Buna onun gücü, imkanı yoxdur. Ermənistan hələ 44 günlük müharibədə itirdiklərini bərpa edə bilməyib və bunun bərpası üçün də illər lazımdır. 1 il, 2 il yox. Bəlkə də 2 onillik, 3 onillik lazımdır. Azərbaycan da təbii ki, dayanmır. Özünün silahlı qüvvələrinin səviyyəsini artırır. Döyüş qabiliyyətini gücləndirir. Ən müasir silah-sursatla təsis olunur. Ona görə də Ermənistan bizim üçün çox cırtdan, çox zəif bir ölkədir və heç bir halda onun təxribatlarından çəkinməli deyil. Bundan sonra da onlar cavablarını alacaqlar. Ermənistanı şirnikləndirən bir sıra qüvvələr var. Onlar istəyirlər ki, Azərbaycana qarşı təxribatla güclənsin, bu təxribatlar Azərbaycanı zəiflətsin. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasın, tərəf məsələləri həll olunmasın və belə bir vəziyyətdə Azərbaycanın başı bu təxribatlarla qarışsın və daha ciddi hədəflərdən yayınsın. Bu təbii ki, baş tutmayacaq. Çünki Azərbaycan güclü və məsuliyyətli bir dövlətdir. Hər bir qurumun qarşısında duran vəzifə var. Bu il silahlı qüvvələrimiz yüksək səviyyədə öz peşəkarlığını və vəzifəsini yerinə yetirib. Digər qurumlar da dövlətin tapşırıqlarına uyğun olaraq Azərbaycan dövlətinin düzəlməsi, inkişafı sahəsində öz missiyasını yerinə yetirməkdədir. Bu gün İran, Fransa müəyyən dərəcə də Rusiya da Azərbaycan-Ermənistan sülh sazişinin bağlanmasında maraqlı görünmürlər".

Siyasi şərhçi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli AZXEBER.COM-a mövzu ilə bağlı fikirlərini bildirib.
Politoloq deyib ki, bu təxribatı törətməkdə əsas məqsəd Ermənistanın sülh prosesini sıradan çıxarmağıdır:
"Ermənistan uzun müddətdir ki, ordunun silahlanması istiqamətində addımlar atır, həm də hərbi kontingentin Azərbaycan ərazilərinə yaxın hissəsində toplanması istiqamətində işlər görür. Son zamanlarda Ermənistan Müdafiə nazirliyində edilən bir sıra dəyişikliklərin də mahiyyəti Ermənistanın genişmiqyaslı lokal əməliyyatlara hazırlaşdığı reallığını yaradır. Şübhəsiz ki, məqsəd indiki şəraitdə sülh prosesini sıradan çıxarmaq və bu məsələni əvvəlki halına qaytarmaq və yenidən hansısa beynəlxalq təşkilatlar müstəvisində müzakirələrin davam etdirilməsinə nail olmaqdır. Ermənistan Azərbaycanla ikitərəfli formada hansısa vasitəçinin birbaşa və ya dolayı iştirakı ilə təmaslardan yayınmağa çalışır. Çünki istər ABŞ-ın, istərsə də Aİ-nin vasitəçiliyi ilə olan təmaslar zamanı Ermənistanın Azərbaycana müqavimət göstərmək imkanı olmur. Eyni zamanda, mövcud şərtlər daxilində də razılaşmalara getməyə məcbur olur. Çünki bizim arqumentlərimiz kifayət qədər ciddidir və beynəlxalq hüquq və norma prinsiplərinə əsaslanır. Bu aspektdən də məsələyə baxarkən Ermənistan hər dəfə hansısa mərhələyə qədəm qoyanda və ya sülh müqaviləsi imzalanması üçün müəyyən şərait yarananda mənfur əməllərindən əl çəkmirlər. Ermənistan belə təxribatlara əl atmaqla prosesi yenidən son nöqtəsinə qaytarmağa cəhd göstərdi".
Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.