“Ermənistan öz ərazisindən Azərbaycanı ikinci dəfə vurdu”

“Ermənistan öz ərazisindən Azərbaycanı ikinci dəfə vurdu”
SİYASƏT
13:52 01.10.2020
2084

"Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir”.  

AZXEBER.COM xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib: 

 

"Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır.  

Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalmışdır. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.  

Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
15:33 12.10.2026
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
15:31 12.10.2026
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
15:30 12.10.2026
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
15:27 12.10.2026
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
15:13 12.10.2026
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
15:07 12.10.2026
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
15:06 12.10.2026
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
14:53 12.10.2026
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə