Ermənistanda 228 nəfər saxlanılıb

Ermənistanda 228 nəfər saxlanılıb
DÜNYA
19:29 22.04.2018
7350

İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları eks-prezident Serj Sarksyanın baş nazir postuna seçilməsinə etiraz edən 228 nümayişçini saxlayıb.

 

Polisin məlumatına əsasən, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da saxlanılanlar siyahısındadır.

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

///Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR