Ermənistanda 44 yaşlı hərbçi kənd anbarında asılmış vəziyyətdə aşkarlanıb

Ermənistanda 44 yaşlı hərbçi kənd anbarında asılmış vəziyyətdə aşkarlanıb
DÜNYA
19:11 22.10.2022
311
Ermənistanda müqavilə əsasında xidmət edən 44 yaşlı hərbçi kənd anbarında asılmış vəziyyətdə aşkarlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Ermənistanın Dərələyəz vilayətinin (ermənilər Vayots Dzor adlandırır) kəndlərindən birində baş verib.

Bildirilib ki, yerli sakinlər, qohumlar hərbçinin intihar etdiyini ehtimal edirlər.

Hadisə yerinə vilayətin polis idarəsi və istintaq komitəsinin nümayəndələri gediblər.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR